Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün amerikalı və almaniyalı həmkarları Con Kerri və Frank-Valter Ştaynmayerlə görüşəcək. SİA-ya RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Onun sözlərinə görə, bu gün Lavrovun Hamburq şəhərinə səfəri başlayır və o, ATƏT XİN Şurasının iclası çərçivəsində görüşlər keçirəcək.
Zaxarova əlavə edib ki, bir gün sonra KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri formatında görüş planlaşdırılır. Lavrov, həmçinin Avstriya, Qazaxıstan, İspaniya və Ermənistandan olan həmkarları ilə də görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB