İndoneziyada 20 nəfər zəlzələnin qurbanı olub

İndoneziyada 20 nəfər zəlzələnin qurbanı olub

İndoneziyanın qərb əyaləti olan Açedə, Sumatra adasının yaxınlığında 6.5 maqnitudalı zəlzələ baş verib, nəticədə 20 nəfər ölüb. Onların hamısı Pidicaya rayonunun sakinləridir.

SİA-nın xarici mətbuata istinadən məlumatına görə, çökmüş binaların dağıntıları altında xeyli sayda insan qalmaqdadır. Xilasetmə işlərinə ərazinin çətin landşaftı mane olur.

Bütün xəbərlər Facebook səhifəmizdə