İranda vertolyot qəzasında xəsarət alanlardan ikisi ölüb

İranda vertolyot qəzasında xəsarət alanlardan ikisi ölüb

İranda bu gün baş vermiş vertolyot qəzasında xəsarət alanlardan ikisi ölüb. APA-nın Tehran müxbiri xəbər verir ki, bu barədə Tehranın Təcili Tibbi Yatdım Mərkəzindən məlumat verilib. Məlumatda qeyd olunur ki, bu gün Tehranda baş vermiş qəzada vertolyotda olan 8 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onlardan ikisi dünyasını dəyişib. Digər altı nəfərin vəziyyətinin qənaətbəxş olduğu açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə