Efiopiya paytaxtında 60 minlik möhtəşəm stadion

Efiopiya paytaxtında 60 minlik möhtəşəm stadion

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə tikiləcək milli stadionun layihəsi ölkənin idman üzrə Federal komissiyasının keçirdiyi müsabiqənin qalibi olub. 60 minlik yeri olan bu möhtəşəm idman kompleksində futbolla yanaşı, yüngül atletika yarışları, konsertlər, dini və dövlət bayramları təşkil olunacaq. Burada həmçinin açıq və bağlı üzgüçülük hovuzları, müxtəlif idman yarışlarının keçirilməsi üçün zallar və arenalar, yataqxana da fəaliyyət göstərəcək.

Beynəlxalq Futbol Federasiyasının tələblərinə tam uyğun olan stadionun ərazisində ticarət zonalarının da yaradılması planlaşdırılır. Məqsəd stadiona ilboyu azarkeş axınını təmin etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə