Bernardo Bertolucci, "Parisdə Son Tanqo" adlı filmdəki müzakirə edilən təcavüz səhnəsi haqqında marağlı açıqlama verib. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, 76 yaşlı rejissor, ABŞ aktyoru Marlon Brando ilə bir olub zorakılıq səhnəsinin çəkilişini son ana qədər baş rol oyunçusu Mariya Schneiderden gizlətdiklərini etiraf edib. "Meriyenin o səhnələrdə bir aktyor kimi deyil, gənc bir qız kimi davranmasını istədim. Alçalmasını və acı çəkməsini istəyirdim. O səhnələr həqiqətdi" deyə bildirib. Film çəkiləndə 19 yaşı olan Schneider, belə bir səhnədə oynayacağından xəbəri olmadığını, ssenaridə olmayan bu səhnəni yazan Brando tərəfindən təcavüzə məruz qaldığını bildirib. Brandonun onunla zorla seksə girdiyi barədə danışan Fransız aktrisa, "Həqiqətən göz yaşı tökdüm. O filmdən sonra özümü narkotik həblərlə sakitləşdirirdim və intihar etməyi belə düşündüm" ifadələrini işlədib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB