Əsəd ordusu yenə qətliam törətdi: 27 nəfər öldü, 40 nəfər yaralandı

Əsəd ordusu yenə qətliam törətdi: 27 nəfər öldü, 40 nəfər yaralandı

Suriyada rejim qüvvələrinin İdlib şəhərinə təşkil etdiyi hücum nəticəsində 27 mülki şəxs həlak olub, 40-ı isə yaralanıb. Axar.az xəbər verir ki, şəhərin Marret Numan mahalında yerləşən motosikl dayanacağının bombalandığı bildirilib. Məlumata görə, ərazidəki xeyli iaşə obyekti yararsız hala düşüb. Qeyd edək ki, son günlər Əsəd qüvvələri şəhərə hücumları xeyli artırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə