Abdullah Gül: "Aktiv siyasəti buraxdım"

Abdullah Gül: "Aktiv siyasəti buraxdım"

Türkiyənin eks-prezidenti Abdullah Gül Qərbdən dəstək alaraq partiya yaradacağı barədə yayılan iddialara aydınlıq gətirib. Axar.az xəbər verir ki, "CNN Türk"ün canlı yayımında İngiltərənin keçmiş baş naziri Toni Blerlə görüşməsi, Qərbdən dəstək almasını təkzib edib.

"Məni tanıyanların bu barədə düşünməsi lazımdır. Mən yerli bir insanam. Öz dəyərlərimizə inanan biriyəm. Demokratiya, hüquq, Qərb dünyasını yaxşı bilirəm. Mən siyasətə qoşulsam, Qərbdən, Avropadan dəstək almaqdansa, öz xalqımdan dəstək alaram. Prezidentlik missiyasını böyük şərəflə yol yoldaşıma təhvil verdikdən sonra qırx dəfə soruşdular. Mən də dedim ki, aktiv siyasəti buraxdım", - Gül qeyd edib. Qeyd edək ki, mətbuatda yayılan məlumatlarda eks-prezidentin Qərbdən dəstək alaraq partiya yaradacağı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı siyasət yürüdəcəyi bildirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə