Fransada ŞOK: Parisdə silahlılar 7 nəfəri girov götürdülər!

Fransada ŞOK: Parisdə silahlılar 7 nəfəri girov götürdülər!

Fransa paytaxtında daha bir xoşagəlməz hadisə baş verib. "France Press" agentliyinin yaydığı xəbərə görə, Parisdə səyahət agentliyinin birində silahlı şəxslər yeddi nəfəri girov götürüblər. Hadisə yerinə gələn polis əməkdaşları avtomobillərin hadisə yerinə yaxınlaşmasını qadağan ediblər. Polislərin məlumatına görə, hadisənin terrorla əlaqəsi yoxdur. Məlumatda bildirilir ki, həmin səyahət agentliyinə əvvəllər də basqın olub.

Bütün xəbərlər Facebook səhifəmizdə