Netanyahuya ŞOK: Xanımı polisdə 2 saat dindirildi

Netanyahuya ŞOK: Xanımı polisdə 2 saat dindirildi

İsrail Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu dövlət əmlakını israf etmə maddəsilə polisə ifadə edib. Bu barədə İsrail radiosu məlumat yayıb. Xanım S.Netanyahunun "Baş nazirin evləri" adlı məhkəmə prosesində dindirildiyi bildirilib. İddiya görə, baş nazirin xanımının təşkil etdiyi xüsusi mərasimlər və əyləncə məclisləri məhz dövlətin vəsaiti hesabına keçirilib. Qeyd edək ki, Sara Netanyahu 2 saat sorğu-sual edilib. Xatırladaq ki, Benyamin Netanyahu və onun həyat yoldaşı Sara Netanyahu əvvələr də dövlət malını şəxsi mənafe hesabına istifadə etməkdə günahlandırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə