Hindistanda güclü partlayış oldu, 18 nəfər öldü

Hindistanda güclü partlayış oldu, 18 nəfər öldü

Hindistanın cənubunda fəaliyyət göstərən partladıcı maddə istehsalı müəssisəsində baş vermiş güclü partlayış nəticəsində 18 nəfər ölüb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, insident Tamilnadu ştatında baş verib. Partlayış nəticəsində bina uçub. Partlayış dalğası beton plitələrini 50-dək kənara atıb, yaxınlıqdakı evlərdə və avtomobillərdə şüşələr qırılıb. Partlayış yerli əhali arasında təlaşa səbəb olub. Partlayışın səbəbli araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə