Rusiya Türkiyə ilə əlaqələrinin tam formatda bərpa edilməsi istiqamətində rəsmi Ankara ilə müzakirələri davam etdirir və konkret tədbirlər həyata keçirir. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Aleksey Meşkov deyib. O bildirib ki, bu gün Rusiya və Türkiyə XİN rəhbərləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında keçiriləcək görüş də bu yolda atılan addımlardan biridir.
Qeyd edək ki, bu gün Lavrov və Çavuşoğlu Türkiyənin Alaniya şəhərində görüşəcəklər. Nazirlər Yaxın Şərq, Şimali Afrika və Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB