Atambayev prezidentlik postunu tərk edir

Atambayev prezidentlik postunu tərk edir

Qırğızıstan prezidenti Almazbek Atambayev bir ildən sonra postunu tərk edəcəyini bildirib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Atambayev bu barədə ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

"Bu gün artıq altı ildir ki, mən Qırğızıstanın prezidentiyəm. Hesab edirəm ki, vətəndaşlarımızın dəstəyi ilə çox iş görməyə nail olmuşuq. İndi bizm tamamilə başqa bir ölkəmiz var. Növbəti il prezident vəzifəsindən gedəcəm və 2-3 ildən sonra nə etdiyimizi görmək mümkün olacaq"- Atambayev əlavə edib.

O, növbəti il xalqın kimi prezident seçəcəyini bilmədiyini açıqlayıb: "Düşünürəm ki, qanunvericilik imkan versə, seçkiləri oktyabrda keçirmək lazımdır. Mən bir neçə namizəd görürəm, amma indi onların adını açıqlamayacam".

Qeyd edək ki, Atambayev 2011-ci ildə Qırğızıstan prezidenti seçilib. Onun prezidentlik müddəti 2017-ci ildə bitir.

Bütün xəbərlər Facebook səhifəmizdə