Dnepr şəhərində növbəti partlayış baş verib

Dnepr şəhərində növbəti partlayış baş verib

Dünən Ukraynanın Dnepr şəhərinin mərkəzində partlayış baş verib. Bu barədə "112 Ukrayna" telekanalı məlumat yayıb. Xəbərə görə, insident nəticəsində zərərçəkən olmayıb. Hadisə yerinə gələn polis əməkdaşları və operativ-istintaq qrupu partlayışın səbəbini araşdırır. İlkin versiyaya əsasən, naməlum şəxs şəhərin mərkəzində yerləşən ofisə qumbara atıb.

Bundan sonra polisə "Vavilon" ticarət mərkəzinə mina qoyulması barədə zəng daxil olub. Hadisə yerində polis və xilasedicilər işləyir. Təhlükə ilə əlaqədar müvafiq təxliyə tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə