Hansı fikirlər gündəmdə olur-olsun, baş nazirin və federal hökumətin Türkiyə ilə AB arasında üzvlüklə bağlı danışıqlara dair mövqeyində heç bir şey dəyişməyib. Axar.az xəbər verir ki, bu sözləri Almaniya hökumətinin sözçüsü Şteffen Zaybert bildirib. Uzun müddətdir ki, AB-Türkiyə arasında müzakirələr davam etdirilir. Mövcud şərtlər altında yeni həll yolllarının açılması gündəmdə deyil.
"Bu görüşün necə yekunlaşacağını deyə bilmərəm. Sadəcə, mövqeyimizin dəyişmədiyini deyə bilərəm. Əvvəllər müzakirədə olan məsələlərin heç biri tamamlanmayıb. Yəni, bir çox məsələlər həl də qalıb. Mövcud şərtlər altında yeni danışıqlara başlamaq üçün heç bir səbəb yoxdur", - Zaybert qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB