Rusiya və Ermənistan müdafiə nazirləri birgə qoşun qruplaşmasına dair saziş imzalayıblar

Rusiya və Ermənistan müdafiə nazirləri birgə qoşun qruplaşmasına dair saziş imzalayıblar

Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Vigen Sarkisyan iki ölkə arasında birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında saziş imzalayıblar. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, imzalanma mərasimi bu gün Moskvada MDB müdafiə nazirlərinin toplantısı çərçivəsində baş tutub.

Sarkisyanın sözlərinə görə, qruplaşma Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazasına daxil olacaq. Nazirlər, həmçinin 2017-ci il üçün əməkdaşlıq planına da imza atıb. S. Şoyqu bildirib ki, Rusiya Ermənistanla hərbi təhsil sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə