“Lufthansa”nın daha 1706 uçuşu təxirə salındı

“Lufthansa”nın daha 1706 uçuşu təxirə salındı

Almaniyanın hava yolu şirkəti "Lufthansa"nın pilotlarının tətili nəticəsində noyabrın 29-da həyata keçirilməli olan 3 min qısa məsafəli uçuşdan 816-sı təxirə salınıb. SİA-nın məlumatına görə, bu haqda sözügedən şirkət məlumat yayıb. Bildirilir ki, noyabrın 30-da isə həyata keçirilməli olan 3 min qısa və uzun məsafəli uçuşdan 890-nı təxirə salınacaq. Son iki gündə təxirə salınan uçuşlar 180 min sərnişinin səfərinə mane olacaq.

Pilotların tətili "Lufthansa" qrupuna bağlı olan "Germanwings", "Eurowings", "Air Dolomiti", SWISS, Avstriya Hava Yolları ve Brüssel Hava Yollarına təsir etməyəcək. Karqo təyyarələrinin pilotları da tətilə qatılmayacaqlar.

Keçən həftənin çərşənbə günü başlanan tətil nəticəsində indiyədək ümumilikdə 4 min 461 uçuş təxirə salınıb. Bu da 525 min sərnişinin səfərinin gerçəkləşməsinə mane olub.

Pilotlar şirkətdən son 5 ili əhatə edən müddətdə maaşlarına təxminən 3,66 faiz artım tələb edirlər. Onların məsələ ilə bağlı sdanışıqları uğursuz nəticələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə