ABŞ-da silahlanmış şəxs 10 nəfəri yaraladı

ABŞ-da silahlanmış şəxs 10 nəfəri yaraladı

ABŞ-ın Ohayo Universitetinin ərazisində bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib. Bu barədə Reuters agentliyi xəbər yayıb. Xəbərə görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Şəxsiyyəti müəyyənləşdirilməmiş kişi əvvəl avtomobillə insanlara hücum edib, sonra bıçaqla yoldan keçənləri təqib etməyə başlayıb. Cinayətkar polis tərəfindən güllələnib. Polis insidentin terror aktı olduğunu istisna etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə