Alman şirkəti Türkiyəyə silah satışını dayandırır

Alman şirkəti Türkiyəyə silah satışını dayandırır

Almaniyanın tanınmış silah istehsalçılarından olan "Heckler & Koch" şirkəti Türkiyəyə silah satmayacaq. SİA "Hurriyet"ə istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən şirkət rəsmisi Türkiyənin silah satılan ölkələrin siyahısından çıxarıldığını vurğulayıb. Onun sözlərinə görə, "Heckler & Koch" öz satış siyasətinə dəyişiklik edib və gələcəkdə NATO ölkələrinə, Alyansla yaxından əməkdaşlıq edən ölkələrə, həmçinin demokratik və korrupsiyanın olmadığı övlətlərə silah satacaq. Şirkətin əməkdaşlığı dayandırdığı ölkələr arasında Səudiyyə Ərəbistanı, Meksika, Braziliya, Hindistan da var. "Heckler & Koch" bu ölkələrə silah satmaq üçün Almaniya hökumətindən icazə almaqda çətinlik çəkdiyi üçün strategiyasına dəyişiklik etdiyi bildirilir. Daha əvvəlki razılaşmalar çərçivəsində isə satışlar həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə