BƏƏ-də “Şəhid günü” qeyd edilir

BƏƏ-də “Şəhid günü” qeyd edilir

Noyabrın 30-u Birləşmiş Ərəb Əmirliklərində(BƏƏ) "Şəhid günü"nü kimi qeyd edilir. BƏƏ-nin Bakıdakı səfirliyindən SİA-ya verilən məlumata görə, dövlət başçısı Əlahəzrət Xəlifə ibn Zəid Əli Nəhyanın göstərişi ilə qeyd edilən bu gündə bütün şəhidlərin xatirəsi anılır. "Şəhid günü" BƏƏ-də həyatlarını vətən uğurunda qurban vermiş mərd vətən oğullarının şanlı həyat yolunun bir daha xatırlanması, şəhid ailələrinə dəstək, şəhidlərin xatirəsini əbədiləşdirmək kimi mənəvi-əxlaqi hissləri əhatə etməklə yanaşı, həm də vətən övladlarının qəhrəmanlıq səlnamələrini bir daha dilə gətirmək üçün minbər rolunu oynayır. Bu il "Şəhid günü" ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər "Fəxr və qürur", "Milli birlik", "Vətən uğurunda həyatını qurban vermək dəyərlərinin möhkəmlənməsi" və digər mövzuları əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə