Nepalın şərqində 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri paytaxt Katmandudan 120 kilometr aralıda yerləşib.
Qeyd edək ki, ötən ilin aprelində Nepalda 7,9 və 7,3 bal gücündə baş verən iki dağıdıcı zəlzələ nəticəsində 9 minə yaxın insan ölmüş, 22 mindən çox insan xəsarət almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB