Vyanada qaçqın düşərgəsinə hücum olub

Vyanada qaçqın düşərgəsinə hücum olub

Avstriyanın paytaxtı Vyanada naməlum şəxslər qaçqın düşərgəsinin ərazisinə "Molotov kokteyli" atıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində zərərçəkən olmayıb. Polis faktla bağlı araşdırma aparır. Qeyd edək ki, 2016-cı ildə qonşu Almaniyada qaçqın sığınacaqlarının yandırılması ilə bağlı 63 cinayət faktı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə