Almaniyanın Hamburq şəhərində iki həftə sonra ATƏT-in sammitinin keçirilməsi nəzərdə tutulan binada sərgi salonu yandırılıb. APA-nın "Bild" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə dünən axşam baş verib. Onlarla insan binanın girişlərinin birində yanğın törədib, o cümlədən yaxınlıqdakı zibil qablarını yandırıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın binaya ciddi ziyan vurub. Yanğının ATƏT-in sammiti ilə əlaqəli olub-olmadığı rəsmən açıqlanmayıb. Polis olayla bağlı araşdırma aparır. Qeyd edək ki, Hamburqda ATƏT-in sammiti 8-9 dekabr tarixlərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB