Rusiya Dövlət Başçısı Vladimir Putinin 1992-ci ildə mətbuata verdiyi ilk müsahibənin görüntüləri yayılıb. Axar.az xəbər verir ki, mərhum jurnalist və rejissor İqor Şadhan o zaman Sankt-Peterburq Bələdiyyəsinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Putindən təsadüfən müsahibə götürmüşdü. Jurnalistin suallarını cavablandıran Putin ilk dəfə ixtisaslı kəşfiyyatçı olduğunu demişdi: "39 yaşındayam. Ailəliyəm. 2 uşağım var".
Şadhanın sözlərinə görə, jurnalistika tarixində ilk dəfə bir məmur kəşfiyyatçı olduğunu etiraf etmişdi: "Müəllimlər şagirlərinin akademik, professor olması ilə fəxr edir. Mənim də qəhrəmanlarımdan biri prezident oldu".
Qeyd edək ki, jurnalist həmin ərəfələrdə müsahibənin efirdə yayımlanmasını istəməsə də, sonradan fikrini dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB