Əfqanıstanda iki partlayış törədildi: 5 nəfər öldü, 27 nəfər yaralandı

Əfqanıstanda iki partlayış törədildi: 5 nəfər öldü, 27 nəfər yaralandı

Əfqanıstanın şərqində bir-birinin ardınca iki partlayış törədilib. APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 5 nəfər ölüb, 27 nəfər yaralanıb. İnsident Nanqarxar əyalətinin paytaxtı Cəlilabadda baş verib. İlkin məlumata əsasən, partlayışlar nəticəsində iki polis əməkdaşı ölüb, üçü yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə