Putin və Ərdoğan arasında telefon danışığı olub

Putin və Ərdoğan arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.Telefon danışığı Ərdoğanın təşəbbüsü ilə baş tutub. Dövlət başçıları Suriya böhranının tənzimlənməsi, terrorizmə qarşı mübarizə üzrə birgə fəaliyyəti müzakirə ediblər. Tərəflər Rusiya və Türkiyə xarici işlər nazirləri, müdafiə nazirlikləri və xüsusi xidmət orqanları arasında beynəlxalq terrorizmlə mübarizə sahəsində aktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar. Putinlə Ərdoğan siyasi, iqtisadi-ticarət sahəsində əməkdaşlıq daxil olmaqla, ikitərəfli əlaqələrlə bağlı məsələləri də müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə