Suriya ərazisində Türkiyə Silahlı Qüvvələri tərəfindən aparılan "Fərat Qalxanı" əməliyyatında daha 7 Türkiyə hərbçisi yaralanıb. APA-nın "Milliyyet"ə istinadən verdiyi xəbərə görə, "təcili yardım" maşınları ilə sərhəddə gətirilən yaralılar Kilis Şəhər Xəstəxanasına aparılıb. Hərbçilərin hansı şəraitdə yaralandıqları barədə məlumat verilməyib. Hadisənin təffərüatları hələlik açıqlanmayıb.
Qeyd edək ki, dünən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əl-Bab ətrafında Suriya ordusunun nəzarətində olan bölgədən qırıcı təyyarədən endirilən zərbə nəticəsində 3 əsgərin şəhid olduğu, 10 əsgərin yaralandığı barədə məlumat yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB