Bağdad yenə qan gölünə döndü: 80 nəfər həlak oldu

Bağdad yenə qan gölünə döndü: 80 nəfər həlak oldu

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda baş verən güclü partlayış nəticəsində azı 80 nəfər həlak olub. Bu barədə Reuters informasiya agentliyi xəbər yayıb. Məlumata görə, terror aktı Babil vilayətinin inzibati mərkəzi olan Əl-Xilla şəhərində törədilib. Terrorçu-kamikadze minalanmış yük maşınını yanacaqdoldurma məntəqəsində partladıb. Ölənlərin əksəriyyətinin Kərbəla ziyarətindən qayıdan iranlı zəvvarlar olduğu bildirilir.

Hadisəni məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürür.

Bütün xəbərlər Facebook səhifəmizdə