Avropa Parlamenti Rusiya KİV-lərinə qarşı qətnamə qəbul edib

Avropa Parlamenti Rusiya KİV-lərinə qarşı qətnamə qəbul edib

Avropa Parlamenti Rusiya KİV-lərinə qarşı qətnamə qəbul edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, qətnamədə "Sputnik" agentliyi və RT kanalının fəaliyyəti daha təhlükəli adlandırılıb. Sənəd məsləhət xarakteri daşıyır və digər Aİ ölkələrinin yerinə yetirilməsi tələb olunmur.İclasda iştirak edən 691 deputatdan 304 nəfər sənədin lehinə, 179 nəfər əleyhinə səs verib, 208 nəfər isə bitərəf qalıb. Polşadan olan deputat Anna Fotıqanın hazırladığı sənəddə deyilir ki, Moskva Aİ-yə qarşı "düşmənçilik təbliğatı" aparır. Qətnamə hazırlanarkən NATO-nun, Aİ ölkələrinin məlumatlarından və digər mənbələrdən istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə