Sergey Lavrov və Con Kerri arasında telefon danışığı olub

Sergey Lavrov və Con Kerri arasında telefon danışığı olub

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Bu barədə Rusiya XİN məlumat yayıb. Söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. "Ötən gün Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatının forumu çərçivəsində baş tutan danışıqların davamı olaraq Suriya böhranı, o cümlədən Hələbin şərq hissəsindəki vəziyyət müzakirə olunub", məlumatda qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə