ABŞ-da məktəb avtobusunun qəzaya uğraması nəticəsində 20 uşaq xəsarət alıb. Bu barədə RİA Novosti agentliyi xəbər yayıb. Xəbərə görə, insident dünən Neşvil şəhərində (Tennesi ştatı) qeydə alınıb. Hadisə yerinə 9 təcili tibbi yardım maşını gəlib. Qəzanın təfərrüatları və səbəbləri müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB