Iranda bir ailənin üzvləri dəm qazından dünyasını dəyişdi

Iranda bir ailənin üzvləri dəm qazından dünyasını dəyişdi

İranın Bürucerd şəhərində bir ailənin 5 üzvü dəm qazından ölüb. APA-nın Tehran bürosunun məlumatına görə, hadisədə ata, ana və 3 övladı həyatını itirib. Ailənin ölümünə səbəb vanna otağında sızan qaz olub. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Qeyd edək ki, Bürucerd İranın Lorestan əyalətində yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə