Ermənistanda beş aydır əmək haqqı almayan "Nairit" zavodunun əməkdaşları həm də işdən azad ediliblər. SİA "epressş.am"a istinadən xəbər verir ki, əmək haqqı almayanlar arasında zavodun mühafizə xidmətinin əməkdaşları da var. Mühafizə xidmətinin rəisi Qarik Arutyunyan bildirib ki, onlar öz əmək haqlarını tələb edirlər: "Biz övladlarımızı böyütməliyik, kreditləri ödəməliyik. Əmək haqqı almadan yaşamaq olmaz axı".
Qeyd edək ki, zavodun əməkdaşlarının tələbləri ötən həftə hökumətə təqdim edilib, lakin onlar cavab almadıqları üçün hökumət binası önünə gəliblər və artıq heç nəyə ümid etmədiklərini deyiblər: "Biz ötən dəfə də məktub təqdim etmişdik, amma cavab verilməyib. Yığışıb gözləyirik, amma bizi kiminsə eşidəcəyinə, yaxud kiminsə gələcəyinə ümid etmirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB