Bağdadda minalamış avtomobil partladıldı, 12 nəfər öldü

Bağdadda minalamış avtomobil partladıldı, 12 nəfər öldü

Bağdad yaxınlığında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb. Bu barədə "Röyters" xəbər yayıb. Xəbərə görə, kamikadze minalamış avtomobili toy mərasimi keçirilən əraziyə sürərək partladıb. Qonaqlar arasında yerli hakimiyyət orqanlarının nümayəndələrinin olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə