ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper Konqresdə dinləmələr zamanı istefaya getmək barədə niyyətini açıqlayıb. TASS informasiya agentliyi xəbər verir ki, o, xüsusi komitədə çıxış edərkən istefa ərizəsi verdiyini bildirib. Klepperin sözlərinə görə, hazırkı vəzifədə işləmək üçün onun 64 gün vaxtı qalır. Birləşmiş Ştatlarda Milli Kəşfiyyatının direktoru postu 2001-ci il 11 sentyabr terror aktlarından sonra Amerika xüsusi xidmət orqanlarının işində miqyası islahatlar çərçivəsində yaradılıb. Formal olaraq bu kresloda əyləşən 75 yaşlı Ceyms Klepper ABŞ-ın bütün 17 kəşfiyyat idarəsinin fəaliyyətini koordinasiya edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB