“İzvestiya”: Tramp andiçmədən sonra Moskvada Putinlə görüşəcək

“İzvestiya”: Tramp andiçmədən sonra Moskvada Putinlə görüşəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən sonra Rusiyaya səfər edəcək. APA-nın xəbərinə görə, bu barədə "İzvestiya" qəzetinə ABŞ Respublikaçılar partiyasındakı yüksək rütbəli mənbə bildirib. "Səfərə hazırlıq inauqurasiya mərasimindən sonra başlayacaq. Hazırda Trampın komandası və Kreml arasında hər-hansı ciddi əlaqə mövcud deyil", mənbə qeyd edib.

Qeyd edək ki, ABŞ-ın 45-ci prezidenti Donald Trampın inauqurasiya mərasimi gələn ilin yanvarın 20-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə