Perunun paytaxtında güclü yanğın oldu, 8 nəfər öldü

Perunun paytaxtında güclü yanğın oldu, 8 nəfər öldü

Perunun paytaxtı Limada güclü yanğın nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. "Sputnik" agentliyinin yaydığı xəbərə görə, bu barədə polis nümayəndəsi bildirib. Bundan əvvəl 4 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü bildirilirdi. Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə