Antalyada polis və PKK-çılar arasında atışma olub

Antalyada polis və PKK-çılar arasında atışma olub

Antalyada polis və PKK terrorçuları arasında atışma olub. Bu barədə nüfuzlu "Milliyet" qəzeti yazıb. Qəzetin verdiyi xəbərə görə, insident nəticəsində 2 terrorçu məhv edilib. Polis əməkdaşları arasında itki barədə məlumat verilmir. İlkin məlumata əsasən, atışma terrorçuların hücumundan sonra başlayıb. Hazırda ərazinin polis tərəfindən əhatəyə alındığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə