İŞİD-in Yaxın Şərq şəbəkəsinin əmiri öldürüldü

İŞİD-in Yaxın Şərq şəbəkəsinin əmiri öldürüldü

Suriyada İŞİD liderlərindən biri məhv edilib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İŞİD-ə qarşı beynəlxalq koalisiyanın nümayəndəsi, polkovnik Con Dorrian bəyan edib.

"Noyabrın 12-də Suriyanın Rakka şəhərində endirilən hava zərbəsi nəticəsində İŞİD terror təşkilatının Yaxın Şərq şəbəkəsinin əmiri, İraq vətəndaşı Abdal Bəsit əl-İraqi" məhv edilib", deyə C.Dorrian bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə