Amerikada meşə yanğınlarına görə yüzlərlə insan xəstəxanaya yerləşdirilib

Amerikada meşə yanğınlarına görə yüzlərlə insan xəstəxanaya yerləşdirilib

Amerikanın Tenessi ştatında meşə yanğınlarının yaratdığı tüstü səbəbindən səhhəti pisləşən yüzlərlə insan xəstəxanaya yerləşdirilib.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.Telekanalın məlumatına görə, yanğınlardan daha çox Çattanuqa şəhərinin sakinləri zərər çəkib. Burada 200-dən çox yerli sakin nəfəs borusunda yaranan problemlə bağlı həkimə müraciət edib. Sinoptiklərin məlumatına görə, mürəkkəb vəziyyət yaxın günlərdə də davam edəcək. Çünki regionda ilin sonunadək güclü yağıntı gözlənilmir. Ştat qubernatoru Bill Heslem yeni yanğınların qarşısını almaq üçün 50-dən çox dairənin sakininə ocaq qalamağı qadağan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə