Türkiyə: PYD Əl-Bab şəhərinə yaxınlaşarsa, bu onlara baha başa gələcək
Türkiyənin müdafiə naziri Fikri Işık, bir sıra açıqlamalarla çıxış edib. "Anadolu" agentliyinin verdiyi xəbərə görə, türkiyəli nazir açıqlayıb ki, PYD silahlıları Suriyanın şimalındakı Əl-Bab şəhərinə yaxınlaşarsa, bu onlara baha başa gələcək: "Əgər PYD silahlıları Suriyanın şimalındakı rayonları birləşdirmək planlarından vaz keçməyəcəklərsə, bu onlara çox baha başa gələcək. Ankara PYD-nin Əl-Bab şəhərinə yaxınlaşmasını istəmir... Xatırlatmaq istərdim ki, Türkiyə Əl-Bab mövzusuna çox həssas yanaşır. Bu hamıya məlumdur. PYD silahlıları əvvəllər də bu şəhəri zəbt etməyə çalışıblar, lakin geri oturdurulublar", - deyə Işık bildirib. Nazirin sözlərinə görə, "Ərəfat qalxanı" əməliyyatı uğurla davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB