Obama ilə görüşən Çipras:Türkiyə bölgə üçün önəmli ölkədir

Obama ilə görüşən Çipras:Türkiyə bölgə üçün önəmli ölkədir

Türkiyə bölgə üçün önəmli rola malik ölkədir. Axar.az xəbər verir ki, bunu Yunanıstan Baş naziri Aleksis Çipras ABŞ prezidenti Barak Obama ilə görüşü zamanı deyib. "Türkiyə-Yunanıstan arasında münasibətlər qarşılıqlı hörmət, müharibə təhdidi olmadan və suveren haqlar pozulmadan mümkün ola bilər. Obama ilə görüşdə Kipr probleminə də toxunmuşuq. Bu mənada Kiprlə bağlı aparılan önəmli müzakirələri dəstləklədiyimi bildirdim", - Çipras bildirib.

Qeyd edək ki, Ağ Ev rəhbəri Barak Obama Yunanıstanda səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə