Eitan Naeh İsrailin Türkiyədə yeni səfiri təyin olunub. "Anadolu" agentliyi xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi Emmanuel Nahson deyib. Qeyd edək ki, 2010-cu ildə baş vermiş "Mavi Mərmərə" böhranı ilə münasibətləri korlanan Ankara ilə Təl-Əviv bu il iyul ayında əlaqələrin normallaşması ilə bağlı razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB