Pakistan televiziyalarından biri ABŞ prezidenti Donald Trampın əslində bu ölkədə doğulduğunu və əsl adının Davut İbrahim Han olduğunu iddia edib. SİA-nın məlumatına görə, iddiaya görə, kiçik Tramp ailəsini yol qəzasında itirib.
Xəbər aparıcısı "istəyirsiz inanın, istəyirsiniz inanmayın, Donald Tramp Amerikada deyil, Pakistanda doğuldu" sözlərini işlədib. Bundan başqa, televiziya sarışın uşaq fotosu paylaşaraq həmin fotonun Trampa aid olduğunu iddia edib.
Qeyd edək ki, Pakistan televiziyası daha sonra Trampın hind əsilli ingilis hərbçi tərəfindən Londona aparıldığını açıqlayıb. Oradan da övladlığa götürülən Trampın 1955-ci ildə ABŞ-a götürüldüyü iddia edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB