Hollivud ulduzundan Trampa: "Gəlin, birlikdə Türkiyədəki suriyalı miqrantları ziyarət edək“
Məşhur Hollivud ulduzu Lindsey Lohan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın sözləri ilə ABŞ-ın yeni prezidenti Donald Trampa çağırış edib. Axar.az xəbər verir ki, Lohan sosial şəbəkədə respublikaçı prezidentə müraciət edərək Türkiyədə sığınacaq tapmış suriyalı miqrantları birlikdə ziyarət etməyi təklif edib. Trampın "Bu axşam NFL matçından sonra "60 minutes" verilişində çıxış edəcəyəm -19:00-da. Ləzzət alın" qeydinə şərh olaraq aktrisa bunu yazıb: "Dünya 5-dən böyükdür. Gəlin, birlikdə Türkiyədəki suriyalı miqrantları ziyarət edək".
Qeyd edək ki, Lindsey Lohan bir müddət əvvəl Türkiyədə qaçqın düşərgələrində məskunlaşan suriyalılara baş çəkmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB