İran gələn il 36 ildən sonra ilk dəfə benzin idxalından imtina edəcək

İran gələn il 36 ildən sonra ilk dəfə benzin idxalından imtina edəcək

İran 2017-ci ildə 36 ildən sonra ilk dəfə olaraq benzin idxalından imtina edəcək. Trend xəbər verir ki, bunu "National Iranian Oil Refining and Distribution Company" şirkətinin (NIORDC) icraçı direktoru Abbas Kazemi deyib. Onun sözlərinə görə, ilin əvvəlində idxalın həcmi gün ərzində 10-12 milyon litr olub, hazırda isə göstəricilər 4,5-5 milyon litrə enib.

A.Kazemi bildirib ki, gələcəkdə İranda neft emalı ilə bağlı daha bir neçə layihə həyata keçiriləcək. Gələn il Bender-Abbas və Lavanda iki zavodun istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda "Persian Gulf Star Refinery" iri neft emalı zavodunun birinci fazası işə düşəcək. Burada gün ərzində 36 milyon litr benzin istehsal olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə