Dünən səhər saatlarından Ukraynanın bütün ərazisinə qar yağmaga başlayıb. SİA-nın Ukrayna və Şərqi Avropa ölkələri bürosunun verdiyi məlumata görə, qar bir az da intensivləşərək Kiyevi iflic vəziyyətinə qoyub.
Kiyev və paytaxtətrafı qəsəbələrdə nəqliyatın hərəkətində çətinliklər yaranıb, xeyli sayda avtomobil qəzaları baş verib. Kiyev şəhərinin meri Vitaliy Kliçko bir neçə gün bundan əvvəl mətbuata qışa tam hazır olduqlarını desə də, görünən mənzərə başqa mətləblərdən xəbər verir. Buradan belə məlum olur ki, Kiyev qışa tam hazır deyil.
Qarın intinsivləşməsi axşam saatlarına da təsadüf edib. Gecə saatlarında, bütün küçələr və avtomobil yolları buz bağlayıb. Demək olar ki, axşam saatlarında şəhər nəqliyatı tam iflic vəziyyətinə düşüb. Yalnız fərdi avtomobillər ara-sıra yollarda görünüb. Kiyev ətrafında isə yollarin təmizlənməsindən söhbət belə gedə bilməz.


Bu gün günortaya yaxın Kiyevin bütün küçələri qardan təmizlənib. Hazırda Kiyev şəhərində bütün nəqliyyat, avtobuslar, fərdi avtomobillər, maneəsiz, sərbəst şəkildə hərəkət edə bilirlər. Lakin Kiyev vilayətinin bəzi qəsəbələrində yollar hələ də buz örtüyü ilə örtülüb. İri yoltəmizləyən maşınlar fasiləsiz olaraq kənd və qəsəbə yollarında təmizləmə işlərini davam etdirirlər. Ümumiyyətlə, qar Ukraynanın demək olar ki, bütün ərazisini əhatə edib. Məlumata görə, soyuq havalar hələ bir neçə gün davam edəcək. Hal hazırda -1, -2 dərəcə soyuq olmasına baxmayaraq, yollar təmizlənib.
Məlumata görə, qarın bu gün və sabah da yağacagı gözlənilir. Bunun üçün fərdi avtomobillərdən az istifadə olunması, tövsiyyə olunub.
Əlmaniz Ələkbərli,
SİA-nın Ukrayna bürosunun rəhbəri.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB