Türkiyə ordusunun həlledici hücumu başladı

Türkiyə ordusunun həlledici hücumu başladı

Türkiyə Silahlı Qüvvələrinin fəal dəstək verdiyi Azad Suriya Ordusu "Fərat Qalxanı" əməliyyatı çərçivəsində həlledici hücuma start verib. 3 gün əvvəl Əl-Bab şəhərinin İŞİD terrorçularından azad edilməsi üçün hücuma keçən hərbi qüvvələr, ötən gecə əməliyyatları daha da intensivləşdirib. Bir neçə kəndi terrorçulardan azad edən hərbi birləşmələr hazırda Əl-Bab şəhərinə 2 kilometr məsafədə mövqe tutub.

Bildirilir ki, ordunun hücuma keçməsinə səbəb PKK-nın Suriyadakı qolu PYD terrorçularının da Əl-Bab istiqamətində irəliləməsidir. PYD şəhəri ələ keçirərək Türkiyə sərhədində terror dəhlizi yaratmağı planlaşdırır. Lakin, Ankara qəti şəkildə bəyan edib ki, bu planın gerçəkləşməsinə imkan verilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə