General Rumen Radev Bolqarıstan prezidenti olmağa çox yaxındır

General Rumen Radev Bolqarıstan prezidenti olmağa çox yaxındır

Bolqarıstanda prezident seçkilərinin ikinci turu başa çatıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ekzit-polların nəticələrinə əsasən seçkidə sosialistlərin namizədi, general Rumen Radev qalib gəlir. O, seçicilərin 58,1% səsini toplaya bilib. Radevin rəqibi, hakim QERB partiyasının dəstəklədiyi parlament spikeri Tsetska Tsaçyeva 35,3% səs toplayıb. Qeyd edək ki, noyabrın 6-da keçirilən prezident seçkilərində Radev 25,45%, Tsaçyeva isə 21,97% səs toplamışdı.

Bolqarıstan qanunvericiliyinə əsasən, yeni prezident 2017-cı il yanvarın 1-dən beş il müddətinə səlahiyyətlərinin icrasına başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə