Bu gün Bağdad şəhərinin müxtəlif rayonlarında beş partlayış törədilib. SİA-nın məlumatına görə, partlayış nəticəsində ən azı 2 nəfər ölüb, 12 nəfər yaralanıb. İraq paytaxtının Sədr rayonunda yola quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində 3 mülki şəxs yaralanıb.
Məhəmməd al-Kasem avtomagistralında mikroavtobusda törədilən partlayışda 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Üçüncü partlayış Bağdadın aş-Şabab rayonunda avtobusda törədilib. Nəticədə 4 nəfər yaralanıb. Al-Obeydi rayonunda törədilən partlayışda isə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
"Al Jazeera" telekanalı isə öz növbəsində 4 nəfərin öldüyü, 12 nəfərin yaralandığı barədə məlumat yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB