Əfqanıstanda partlayış oldu, 4 amerika əsgəri öldü

Əfqanıstanda partlayış oldu, 4 amerika əsgəri öldü

ABŞ-ın müdafiə naziri Eşton Karter NATO-nun Əfqanıstanın Pərvan əyalətindəki "Baqram" hərbi bazasında törədilən partlayış nəticəsində dörd amerikalının öldüyünü təsdiqləyib. APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, Karterin məlumatına əsasən, ölənlərdən ikisi hərbçi, ikisi isə müqavilə əsasında bazada çalışan işçilərdir. İnsident nəticəsində NATO-nun "Əzmli dəstək" missiyasında iştirak edən bir polşalı və 16 amerikalı hərbçi yaralanıb. Partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə